İran neftinə yenə alıcı tapılmayıb

İran neftinə yenə alıcı tapılmayıb

Fevral 5, 2019

İran öz neftinə alıcı tapa bilməyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İran Milli Neft Şirkətinin ötən gün İran Enerji Birjasında (IRENEX) bir barrelini 56,24 dollara satışa çıxardığı 1 milyon barrel xam neftə alıcı tapılmayıb.

Xatırladaq ki, rəsmi Tehran ABŞ-ın sanksiyaları ilə əlaqədar ötən ildən öz neftini birjada satmağa başlayıb. İranın Neft Nazirliyi tərəfindən ilk dəfə ötən il oktyabrın 28-də birjada satışa çıxarılan 1 milyon barrel neftin bir barreli üçün qiymət 74,85 dollar təyin olunmuşdu. Nazirlik ikinci dəfə noyabrın 11-də birjada satışa çıxardığı 700 min barrel neftin bir barrelini isə 64,97 dollara satmışdı. Bu iki satış 20 faiz rial və 80 faiz digər valyuta olmaqla həyata keçirilmişdi.

Bu il yanvarın 21-də bir barreli 52,42 dollara satışa çıxarılan 1 milyon barrel xam neftə isə alıcı tapılmamışdı

PAYLAŞMAQ: