Azərbaycan İsveçrənin Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır

Azərbaycan İsveçrənin Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır

Fevral 8, 2019

Azərbaycan İsveçrənin Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Frauenfeld şəhərində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ilə bu ölkənin Turqau kantonu hökumətinin prezidenti Kornelia Kompoş arasında keçirilən görüşdə səsləndirilib.

Yerli mətbuatda yer almış məqalədə qeyd edilib ki, keçirilən görüşdə İsveçrə və Azərbaycan arasında münasibətlərdən bəhs olunub, mümkün iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin əməkdaşları və Turqau kantonu hökumətinin rəsmiləri iştirak ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

PAYLAŞMAQ: