Şri-Lankada terror aktı zamanı ölən türkiyəli mühəndislərin cənazəsi Adıyamana gətirilib

Şri-Lankada terror aktı zamanı ölən türkiyəli mühəndislərin cənazəsi Adıyamana gətirilib

Aprel 23, 2019

Şri-Lankada aprelin 21-də törədilmiş silsilə terror aktları zamanı həyatlarını itirən iki türkiyəlinin cənazəsi vətənləri Adıyamana gətirilib.

AZƏRTAC xəbər verir ki, terror aktında ölən 34 yaşlı Serhan Selçuk Nariçi inşaat, 25 yaşlı Yiğit Ali Çavuş isə elektrik mühəndisi olub.

Ən son məlumata görə, Pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində azı 321 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Qanlı hadisələrdən sonra həyata keçirilən antiterror əməliyyatları nəticəsində böyük həcmdə partlayıcı ələ keçirilib.

 

PAYLAŞMAQ: