“Barselona” bu dəfə “Liverpul”u Çempionlar Liqasından uzaqlaşdıra biləcək?

“Barselona” bu dəfə “Liverpul”u Çempionlar Liqasından uzaqlaşdıra biləcək?

May 1, 2019

“Barselona” 43 il ərzində 4 dəfə qarşılaşdığı “Liverpul”u heç vaxt Avropa turnirindən kənarlaşdıra bilməyib. Bu oyunlardan 2-si məğlubiyyət, 2-si isə heç-heçə ilə yekunaşıb. 4 oyunda Barselona cəmi bir dəfə, 12 il qabaq Deko ilə Liverpulun qapısına yol tapa bilib.

“Barselona”nın şənbə günü “Levante” ilə 1-0 oynadıqları oyun əgər bu gün təkrarlansa ola bilsin ki, heç Messi də köməyə çata bilməsin. Əvəzində Məhəmməd Salah səhnəyə çıxa və komandasını çiyinlərində daşıya bilər. İstənilən halda Yurgen Klopun komandası “Nou Kamp”a böyük əzm və inamla gediblər.

Dünən “Tottenhem”in Lononda “Ayaks”a məğlub olmasından sonra onların finala ingilis klubu kimi çıxma şansının xeyli azaldığını nəzərə alsaq, ingilis futbolunun pərəstişkarları bu gün “Liverpul”a azərkeşlik edəcəklər.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq və “CBC Sport” kanalında canlı yayımlanacaq.

Tural Rzazadə

PAYLAŞMAQ: