İker Kasilias ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb

İker Kasilias ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb

May 1, 2019

Bu gün səhər saatlarında “Porto” komandasında çıxış edən İker Kasilias, komandası ilə birgə “PortoGaiya” təlim-məşq bazasında məşq zamanı infarkt keçirib. Hazırlıq prosesi dərhal dayandırılıb və “Real-Madrid”in keçmiş qapıçısı təcili xəstəxanaya aparılıb. Bir neçə saat öncə isə “Porto” klubu məhşur qapıçının vəziyyətinin stabil olduğunu açıqlayıb.

İspaniya yığması ilə 168 oyuna çıxan İker Kasilias bu ilin martında Porto ilə olan müqaviləsinin müddətini uzadıb. O, “Bernabeu”da olarkən Çempionar Liqası kubokunu 3 dəfə başı üzərinə qaldırıb.

Tural Rzazadə

 

PAYLAŞMAQ: