Xilasedicilər dənizdə batan 6 nəfəri xilas edib

Xilasedicilər dənizdə batan 6 nəfəri xilas edib

04.08.2019

23:11

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Xaçmaz, Mərdəkan, Qobustan, Nardaran 2 və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email