XİN: “Azərbaycan əsgəri erməni təxribatı nəticəsində şəhid olub”

07.03.2020 Выкл. Автор admin

“Bu gün Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib”.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq”.

Qeyd edək ki, bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

14.03.2001 təvəllüdlü hərbçimiz ötən ilin aprelində hərbi xidmətə gedib. Bu ayın 14-də onun 19 yaşı tamam olacaqdı.

Share