XİN-də “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib

XİN-də “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin 18 aprel tarixində Xarici İşlər Nazirliyində (XİN) Rusiyada yaşan vətəndaşlarımızın ölkəyə qayıdışı üzrə yaradılan “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı yeni portalın fəaliyyəti və qeydiyyat prosesi haqqında ətraflı məlumat verilib, eləcə də prosesin müvafiq dövlət qurumları tərəfindən vahid mərkəzdən idarə edilməsi, vətəndaşlarla onlayn əks əlaqənin qurulması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd etmək istərdik ki, “Evə Gedirəm” portalı vasitəsilə www.evegedirem.info internet səhifəsində xaricdə yaşayan həmvətənlərimiz onlayn qeydiyyata düşmək imkanı əldə edəcək, beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsullaqlarına müraciətləri tezləşəcək və onların vətənə qayıdış prosedurlarına köməklik göstəriləcək.

Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcək.

Share