Xorxe Arreaza Monserrat Bakıda

Xorxe Arreaza Monserrat Bakıda

23.10.2019

19:00

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri Xorxe Arreaza Monserrat ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Azərbaycan və Venesuela arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Nazir X.Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın təməl prinsiplərini təbliğ edəcəyinə, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyinə əminliyi bildirib, ölkəmizə uğurlar diləyib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın həm BMT, həm digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən sədrlik edəcək Qoşulmama Hərəkatında həmişə əməkdaşlıq və inkişafa xidmət edən təşəbbüslərin təşviqinə çalışdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Xorxe Arreaza Monserrat Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email