Yanğınlarına görə 2 min nəfər təxliyə edilib

Yanğınlarına görə 2 min nəfər təxliyə edilib

18.08.2019

12:33

Kanar adalarından biri olan Qran-Kanariyada güclü meşə yanğını səbəbindən 2 min nəfər təxliyə edilib. Bu barədə regional təcili xidmətin “Twitter” səhifəsində məlumat verilib. Məlumatda meşə yanğınının Valyeseko yaşayış məntəqəsində baş verdiyi bildirilir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğın meşədə 500 hektar sahəyədək yayılıb. Regionda havanın bərk isti olması yanğının söndürülməsini çətinləşdirir.

Avqustun 10-da Qran-Kanariyada baş verən yanğın 1000 hektardan çox meşə ərazisini məhv edib. Yüzlərlə insan təxliyə olunub. EFE informasiya agentliyinin məlumatına görə, cari ilin yanvar-avqust aylarında meşə yanğınlarının ümumi sahəsi 56,5 min hektarı ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email