Yaponiyada  7 nəfər ölüb

Yaponiyada 7 nəfər ölüb

20.08.2019

9:10

Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb.

Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən bildiriblər.

Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-si dünyasını dəyişib.

Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email