Yaponiyada “Asama” vulkanı yenidən püskürüb

Yaponiyada “Asama” vulkanı yenidən püskürüb

26.08.2019

10:06

Yaponiyada “Asama” vulkanı avqustda ikinci dəfə püskürməyə başlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Xatırladaq ki, hündürlüyü 2568 metr olan “Asama” vulkanı son dəfə avqustun əvvəllərində püskürmüşdü. Həmin vaxt heç kim xəsarət almayıb və yaxınlıqdakı yaşayış məntəqələrinə heç bir ziyan dəyməyib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email