Yaponiyada özünümüdafiə qüvvələrinin sualtı qayığı kommersiya gəmisi ilə toqquşub

Yaponiyada özünümüdafiə qüvvələrinin sualtı qayığı kommersiya gəmisi ilə toqquşub

08.02.2021 Выкл. Автор admin

Fevralın 8-də Yaponiyada özünümüdafiə qüvvələrinə məxsus sualtı qayıq Koçi prefekturası sahillərində kommersiya gəmisi ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato ənənəvi mətbuat konfransı zamanı məlumat verib. Baş katib bildirib ki, hadisə ilə əlaqədar Baş nazirin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə xüsusi böhran qərargahı yaradılıb.

K.Katonun sözlərinə görə, Baş nazir Yoşihide Suqa kommersiya gəmisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi və əhalinin hadisə ilə bağlı operativ məlumatlandırılması barədə göstəriş verib.

Əlaqədar qurumların yaydığı məlumatda nə sualtı qayığın, nə də kommersiya gəmisinin korpusunun zədələnmədiyi bildirilir.

Kyodo agentliyi isə hadisə zamanı sualtı qayığın heyət üzvlərindən üçünün yüngül xəsarət aldığı barədə məlumat yayıb.

Share