Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi

Yaponiyanın daha bir prefekturunda fövqəladə vəziyyət tətbiq edildi

09.04.2020 Off By admin

[ad_1]

Bakı. Trend:

Yaponiyanın mərkəzi Ayti prefekturunda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə aprelin 10-dan fövqəladə vəziyyət rejimi elan edilir.

Trend-in məlmatına görə, bu barədə Ayti prefekturunun qubernator Hideaki Omura mətbuat konfransında açıqlama verib.

“Son bir həftə ərzində vəziyyət daha ciddi hala gəlib, koronavirusa yoluxma sayının artdığını görürük. Sabah saat 12:00-dan (07:00 GMT+4) fövqəladə vəziyyət rejimini tətbiq etmək niyyətindəyik. Mən prefekturanın sakinlərindən ehtiyac olmadan küçəyə çıxmamağı xahiş edirəm. Həyat üçün lazım olan bütün infrastruktur işləməyə davam edəcək”, – qubernator bildirib.

Mərkəzi Naqoya şəhəri olan Aytii prefekturunun əhalisi təxminən 7,5 milyon nəfərdir. Bu prefekturda “Toyota Motor” avtomobil konserninin əsas zavodu da daxil olmaqla böyük sənaye müəssisələri var. Ayti koronavirusun yayılması miqyasında Yapon prefekturları arasında beşinci yerdədir və burada təxminən 280 koronavirusa yoluxma halları aşkar edilib.

Share