Yazgül Abdiyeva: Tibbi ləvazimatların istehsalının qısa zaman ərzində təşkili ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanını göstərdi

Yazgül Abdiyeva: Tibbi ləvazimatların istehsalının qısa zaman ərzində təşkili ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanını göstərdi

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünyada tibbi ləvazimatlara tələbatın artdığı bir zamanda Azərbaycanda onların istehsalının qısa zaman ərzində təşkil olunması ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanının olduğunu və onun iqtisadiyyatının gücünü bir daha göstərdi.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. COVİD-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə tibbi ləvazimatların çatışmazlığı müşahidə edilir.

Azərbaycanda da belə problemin müşahidə edildiyini deyən mütəxəssis qeyd edib ki, bəzi dövlətlərdən fərqli olaraq, ölkəmiz yaranmış bu problemi qısa zaman ərzində həll edə bildi:

“Hər kəsə məlum idi ki, artan tələbatla əlaqədar ölkədə maska qıtlığı var idi. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Tibbi maskalar Azərbaycanda yoluxma hallarının azaldılmasına kömək edəcək. Lakin sözsüz ki, yoluxmanın azaldılması üçün tədbirlərin görülməsi yalnız dövlətdən deyil, həm də vətəndaşların məsuliyyətli olmasından asılıdır”.

Share