Yeni yaradılan işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər

Yeni yaradılan işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yeni yaradılan ictimai işlərdə çalışmaq istəyənlər yerli məşğulluq mərkəzlərinə müraciət etməlidirlər.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün etdiyi müraciətə imtina cavabı verilən şəxslər yerli məşğulluq mərkəzlərinə müraciət etdikdə, onlara yeni açılan iş yerləri barədə məlumat veriləcək.

Xidmət rəsmisi həmin işlərin dezinfeksiya, yaşı 65-dən çox olan ahıllara qulluq və s. ilə bağlı olduğunu söyləyib.

C.Quliyev işə qəbul olunacaq vətəndaşlarla müqavilənin imzalandığını da söyləyib.

Share