Zamiqin 7 aylıq oğlunun ilk fotosu

Zamiqin 7 aylıq oğlunun ilk fotosu

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Müğənni Zamiq Hüseynov “5/5” proqramında qonaq olub.

ifaçı verilişdə aparıcı Zaur Kamalın “Toy etməyini niyə gizlətdin” sualına belə cavab verib:

“Bu mənim şəxsi həyatımdır. Bir çox sənət yoldaşlarım toy etdilər. Sosial şəbəkələrdə də paylaşıldı. Baxırsan ki, səhifələrdə söyüş söyürlər. Səhifənin idarəçiləri buna diqqət etməlidirlər, onları silməlidirlər. İnsanların şəxsi həyatına, ailə üzvlərinə söymək olmaz. Ona görə də, fikirləşdim ki, vacib deyil bunu nümayiş etdirmək”.

Zamiq bu gün 7 ayı tamam olan oğlu Zeynin sənətçi olmasını istəmədiyini bildirib:

“Bu sahə çox çətin peşədir. İstəyirəm ki, övladım oxusun, böyük şirkət sahibi olsun, orada çalışsın. Yadımdadır ki, restoranda işlədiyimiz dövrlərdə bizə alma atırdılar, “mahnını dəyiş” deyə, qışqırırdılar. Qəlbizimə də, xətrimizə də dəyirdilər. İtəməzdim ki, övladım da bu çətinlikləri yaşasın”.

Daha sonra Zaur ifaçının telefonunu götürüb və oğlunun şəklini nümayiş etdirmək istəyib. Həmin an Zamiq ona mane olmağa çalışıb.

Share