Zaqatalada iki “Mercedes” toqquşub, xəsarət alan var

Zaqatalada iki “Mercedes” toqquşub, xəsarət alan var

11.04.2020 Off By admin

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

Zaqatala şəhər sakinləri olan 1987-ci il təvəllüdlü Ülvi Xıdır oğlu Əmirovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ramin İsmayıl oğlu Şabanovun idarə etdiyi “Mersedes” markalı digər avtomobil toqquşub. Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan Ülvi Əmirov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü Ramin Şabanovun xəsarəti yüngül olduğundan o, müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share