Ziyad Səmədzadə: Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq koronavirus bəlasından qurtulmağa doğru yaxınlaşırıq

Ziyad Səmədzadə: Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq koronavirus bəlasından qurtulmağa doğru yaxınlaşırıq

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, bu böyük bəlaya-koronavirus pandemiyasına qarşı sistemli mübarizə aparır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirib.

Deputat əlavə edib ki, məsələ ilə bağlı bəzi rəqəmləri müqayisə etmək olar:

“ABŞ-ın əhalisi Azərbaycan əhalisindən 35 dəfə çox olsa da, orada koronavirusa yoluxanları sayı bizdəkindən 500 dəfə yüksəkdir. Yaxud da, İtaliyanın əhalisi Azərbaycan əhalisindən 6-7 dəfə çoxdur, amma orada koronavirusa yoluxanların sayı bizdəkindən 100 dəfə yüksəkdir. Nə üçün belə bir fərq yaranıb? Fərq ona görə yaranıb ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ilk gündən bu bəlaya qarşı mübarizəyə hamını bütövlükdə səfərbər edib, sərəncamlar, fərmanlar imzalayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva iki dəfə Azərbaycan xalqına müraciət edib. Gündən-günə artan, ciddiləşən tədbirlərin nəticəsində biz artıq bu bəladan qurtulmağa doğru yaxınlaşırıq.

Amma görüləsi işlərimiz də çoxdur və onlardan biri də hamının, Azərbaycan dövlətinin səsləndirdiyi “Evdə qal, sağlam qal!” kampaniyasıdır. Bu kampaniya insanların, xalqın sağlamlığının qorunması üçün aparılan kampaniyadır. Bu, bizim ətrafımızda olan uşaqlarımızın, övladlarımızın, nəvələrimizin, bütün insanlarımızın qorunması üçün çox vacibdir. Mən də bu kampaniyanı çox məhsuldar keçirirəm, gecə-gündüz işləyirəm ki, boş vaxtım qalmasın. Mən onsuz da boş-bekar dayanan insan deyiləm, həm evin içində hər gün gün on min addım gəzirəm, həm də yazıram-pozuram, dostlarımla danışıram və sair”.

Share